AZ

Bir ailənin FACİƏVİ SONLUĞU: Nənə, ana və 3 yaşlı uşağın meyiti TAPILDI

Kalininqradda bir binanın altından üç nəfərin meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kalininqrad şəhərində yaşayış binasının altında üç nəfərin — 70 yaşlı qadının, onun 41 yaşlı qızının və 3 yaşlı nəvəsinin meyitləri aşkar edilib.

Hadisə yerində aparılan araşdırmalar zamanı ölümdən əvvəl yazılmış məktub (vida məktubu) tapılıb.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, yaşlı qadın ruhi xəstəlikdən əziyyət çəkirmiş və məhz o, məktubu yazan şəxsdir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr