AZ

ABŞ-də silahlı hücum: çox sayda yaralı var

ABŞ-də
ABŞ-nin Oklahoma ştatında silahlı hücum baş verib. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində ilkin məlumata görə, ən azı 10 nəfər yaralanıb.
Polisin açıqlamasına əsasən, yerli vaxtla saat 22:00 radələrində "Arcadia Lake" yaxınlığında atəş açıldığı barədə çoxsaylı müraciətlər daxil olub. Açılan atəş nəticəsində yaralanan ən azı 10 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Məlumata görə, hücum "Arcadia" gölü yaxınlığında gənclərin toplaşdığı bir məclis zamanı həyata keçirilib.

Seçilən
14
1news.az

1Mənbələr