AZ

İran Hörmüzlə bağlı xəbərdarlıqETDİ

İran Silahlı Qüvvələri Hörmüz boğazını izləməyə davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandiri Əli Əbdüllahi açıqlama verib.

Əbdüllahi bildirib: “Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və vəziyyəti idarə etmək üçün əlimizdən gələni edirik. Bütün ticarət gəmilərini və neft tankerlərini Hörmüz boğazında yerləşən silahlı qüvvələrlə əlaqələndirilmədən heç bir tranzit hərəkətindən çəkinməyə çağırırıq ki, təhlükəsizliklərini təhlükəyə atmasınlar”.

Qeyd olunub ki, Əbdüllahi xarici hərbi qüvvələrə də xəbərdarlıq edib. O vurğulayıb ki, xüsusilə ABŞ ordusu Hörmüz boğazına yaxınlaşmağa və ya girməyə cəhd göstərərsə, hədəfə alınacaq.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
25
redaktor.az

1Mənbələr