ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Ötən gün A seriyasının 35-ci turunda "Parma"nı məğlub edən (2:0) "İnter" tarixində 21-ci dəfə ölkə çempionluğunu rəsmiləşdirdi. Sport24.az xəbər verir ki, bu çempionluq komandanın baş məşqçisi Kristina Kivu üçün də əlamətdar olub.
Kivu 2010-cu ildən bəri A Seriyasını qazanan ilk əcnəbi məşqçi olub. Həmin vaxt Joze Mourinyonun rəhbərliyi altında da "İnter" "qızıl"a sahib çıxmışdı.
Qeyd edək ki, geridə qalan müddətdə Skudettonu yalnız italyan məşqçilərin çalışdırdığı komandalar başı üzərinə qaldırıb. Massimiliano Alleqri 6, Antonio Konte 5, Mauritsio Sarri 1, Stefano Pioli 1, Luçano Spalletti 1 və Simone İnzagi 1 dəfə çempionluq sevinci yaşayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.