AZ

Bankların cəmi aktivləri 58 milyard manata yaxınlaşıb

Bu ilin mart ayının 31-nə fəaliyyətdə olan bankların cəmi aktivləri 57,960.8 milyon manat, cəmi öhdəlikləri 50,292.5 milyon manat, balans kapitalı 7,668.3 milyon manat olub.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, mart ayında bankların cəmi aktivləri və öhdəlikləri 1.4 faiz, balans kapitalı 2 faiz artıb.

2026-cı ilin I rübü ərzində banklar 372 milyon manat xalis mənfəət, 521 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Seçilən
16
vergiler.az

1Mənbələr