AZ

İspaniya Baş nazirinin təyyarəsi Ankaraya təcili eniş edib

Avropa Siyasi Birliyi toplantısında iştirak etmək üçün Madriddən Ermənistanın paytaxtı İrəvana yola düşən Baş nazir Pedro Sançesi daşıyan təyyarə texniki səbəbdən Ankaraya təcili eniş edib.

Sitat.info xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi EFE məlumat yayıb. 

Agentlik Baş nazirlik mənbələrinə istinadən bildirir ki, Pedro Sançesi daşıyan Airbus A310 tipli rəsmi təyyarədə uçuş zamanı texniki nasazlıq yaranıb. Nəticədə təhlükəsizlik protokollarına uyğun olaraq təyyarə Ankaraya yönləndirilib.

Məlumata görə, nasazlıq ciddi hesab olunmur, lakin qaydalara uyğun tədbirlər görülüb. Bildirilir ki, İspaniya hökumət başçısı gecəni Ankarada keçirəcək və səhər saatlarında İrəvana yola düşəcək.

Qeyd edək ki, bu, Pedro Sançesin uçuş zamanı yaşadığı ilk texniki problem deyil. O, sonuncu dəfə 4 sentyabr 2025-ci ildə Parisdə Ukrayna ilə bağlı keçirilən toplantıya da təyyarə nasazlığı səbəbindən qatıla bilməmişdi. Həmin vaxt onu daşıyan Falcon tipli təyyarə havada yaranan problemə görə Madriddə geri dönmüş, Sançes isə toplantıya onlayn şəkildə qoşulmuşdu.

Nigar,

Sitat.info 

Seçilən
25
sitat.info

1Mənbələr