AZ

Oman suları qırmızıya boyandı

Omanın suları qırmızıya çevrilib.

Ucnoqta.az xarici mətbuata istinadən bildirir ki, Mirbat şəhəri yaxınlığındakı su kütləvi krevetka ölümü səbəbindən qırmızıya çevrilib.

Yerli sakinin sözlərinə görə, təxminən 50 kilometr uzaqlıqdakı Mirbat sahillərinə çoxlu sayda ölü krevetka düşüb və bu da suyun rənginin gözəçarpan dərəcədə dəyişməsinə səbəb olub.

Bu arada, Muscat Daily qəzeti yerli hakimiyyət orqanlarının insan sağlamlığına və ətraf mühitə mümkün zərərin qarşısını almaq üçün artıq çimərlikləri təmizləməyə başladığını bildirib. Hakimiyyət orqanları dəniz orqanizmlərinin ölümünün çirklənmədən deyil, suda temperatur və oksigen səviyyəsindəki dəyişikliklərdən qaynaqlandığını qeyd edib.

Seçilən
27
ucnoqta.az

1Mənbələr