Naxçıvanda "Zəngəzur yolu – tarixin izi ilə" mövzusunda konfrans təşkil olunub.
"Far.Az"un yerli bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən olan, eləcə də ölkədə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (MR) səfərdədir.
Konfransda öncə nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.
Qeyd edək ki, səfər xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq tarixi və mədəni dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, dini maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, eləcə də sağlam dini mühitin təşviqi məqsədi daşıyır.