AZ

Məhkəmə son anda təxirə salındı

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun korrupsiya ittihamları ilə mühakimə olunduğu iş üzrə məhkəmə iclasının başlamasına saatlar qalmış təxirə salındığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın yaydığı məlumata görə, Netanyahunun ifadə verəcəyi məhkəmə iclası müdafiə tərəfinin tələbi əsasında daha sonrakı tarixə keçirilib.

Netanyahunun vəkili Amit Haddadın gecə saatlarında təqdim etdiyi müraciət əsasında bugünkü iclas təxirə salınıb.

Məhkəmənin təxirə salınma səbəbi barədə məlumat verilməyib.

Korrupsiya işləri üzrə mühakiməsi davam edən Netanyahu bu gün hakim qarşısına çıxmalı idi.

İsrailin Baş naziri Netanyahu barəsində açılmış 3 korrupsiya işindən sonuncusu 28 aprel tarixində olmaqla, ümumilikdə 81 dəfə hakim qarşısına çıxıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr