AZ

“Yaxın Şərq böhranı Orta Dəhlizin və Gürcüstanın strateji rolunu artırır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda Səmərqənddə keçirilən 59-cu illik toplantı çərçivəsində bildirib ki, Yaxın Şərqdəki gərginlik və artan geosiyasi risklər Orta Dəhlizin əhəmiyyətini daha da aktuallaşdırıb. Onun sözlərinə görə, qlobal ticarət marşrutlarının dəyişdiyi bir vaxtda Gürcüstan Asiya ilə Avropa arasında mərkəzi qovşaq rolunu oynamağa davam edir. 

ADB rəhbəri vurğulayıb ki, bank Gürcüstandakı infrastruktur layihələrini, o cümlədən "Şərq-Qərb" magistral yolunun Rikoti hissəsinin tamamlanmasını və dəmir yolu modernizasiyasını fəal şəkildə dəstəkləyir. Bu investisiyalar bölgədə iqtisadi fəallığın və turizmin artmasına, eyni zamanda nəqliyyat əlaqələrinin güclənməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr