AZ

Hərbi məsələləri müzakirə edəcək sammit- ÖZƏL

Avropa Komissiyası təsdiqləyib ki, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində hərbi məsələlər müzakirə olunacaq. Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin sammitə gəlişi ilə bağlı verdiyi açıqlamaya görə, enerji böhranından sonra ikinci mövzu "müdafiə məsələləri" olacaq.
O, Avropa İttifaqının hərbi təchizat zəncirlərinin tam sistemini qurmaq niyyətində olduğunu qeyd edərək, "Müdafiə və təhlükəsizlik sahəsində daha çox müstəqilliyə ehtiyacımız var. Özümüzü müstəqil şəkildə müdafiə edə və qoruya bilmək üçün hərbi imkanlarımızı gücləndirməliyik" deyə vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr