AZ

Deputat süni İntellektin idarəedilməsi üzrə sertifikat alıb

Milli Məclisin deputatı Kamal Cəfərov "Süni İntellektin İdarəedilməsi üzrə Mütəxəssis" (AIGP) sertifikat alıb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Son altı aydır məndə xüsusi maraq yaradan və son iki həftədir intensiv hazırlaşdığım "Süni İntellektin İdarəedilməsi üzrə Mütəxəssis" (AIGP) sertifikat imtahanını uğurla keçdim. 
AIGP (AI Governance Profeasional) sertifikatı dünyanın ilk hərtərəfli və qlobal səviyyədə süni intellekt sistemlərinin məsuliyyətli şəkildə inkişaf etdirilməsinə, tətbiqinə və idarə olunmasına yönəlmiş ixtisas dərəcəsidir.
Ölkəmizdə bu sertifikata sahib mütəxəsisslərin sayı azdır, gələcəkdə dövlət və özəl qurumlarda süni intellekt risklərini idarə etmək, yeni qanunvericilik tələblərinə riayət etmək və etik standartları qoruyub saxlamaq üçün çox faydalı və beynəlxalq etibarlılığa sahib dərəcədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr