AZ

“Avropa Ermənistanın suverenliyini dəsətəkləməyə davam edəcək” - Makron

Fransa Prezidenti Emmanuel Makron Avropanın Ermənistanın suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyini bildirib.

Missiya.Az xəbər verir ki, Fransa lideri bunu İrəvanda keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, sammit çərçivəsində Ukraynaya dəstək məqsədi daşıyan görüşlər, eləcə də Ermənistan və Moldovanın müstəqilliyi və suverenliyinin qorunması məsələləri planlaşdırılır.

"Biz həmçinin görüşlər keçirmək, xüsusən də Ermənistan və Moldovanın müstəqilliyini və suverenliyini dəstəkləmək məsələləri ilə bağlı görüşlər keçirmək imkanına malik olacağıq. Bu, həm də öz təhlükəsizliyini və müdafiəsini quran Avropadır", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
50
missiya.az

1Mənbələr