AZ

Bu rayonun 2 kəndində qaz OLMAYACAQ

Bu gün Lənkəran rayonunun iki kəndinin qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 4-də saat 14:00-dan təmir işləri ilə bağlı rayonun Digah və Şiləvar kəndlərində təbii qaz təchizatında fasilələr yaranacaq. Gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.

Seçilən
2
20
redaktor.az

10Mənbələr