AZ

Paytaxtda 4,8 kvadrametrlik pəncərəsiz mənzil 20 min dollara satılır

Yazını böyüt
Yazını kiçilt

Moskvada daşınmaz əmlak bazarının vəziyyətini əks etdirən qeyri-adi reklam diqqət çəkib. Paytaxtın Veşnyaki rayonunda cəmi 4,8 kvadratmetrlik pəncərəsiz "mənzil" 1.5 milyon rubla və ya təxminən 20 min dollara satışa çıxarılır.

Hafta.az yazır ki, Moskviç şirkətinin məlumatına görə, ilk baxışdan kiçik anbar otağına bənzəyən məkanda tualet, duş kabini, lavabo, mini soyuducu, paltaryuyan maşın, mikrodalğalı soba, şkaf və hətta asma çarpayı var.

Reklamın ən diqqət çəkən detalı yaşayış yerinin əsas elementi olan pəncərələrin olmamasıdır.

Buna baxmayaraq, sahibi bu kiçik məkanın kirayə biznesi və ya kiçik ofis kimi istifadə edilə biləcəyini deyib.

Sosial mediada paylaşılan şəkillər göstərir ki, hərəkət stulda oturmaqla məhdudlaşır və içəridəki həyat daha çox Honkonqdakı son dərəcə dar mikro-mənzilləri xatırladır.

Bundan əlavə, bu ölçü Moskva üçün rekord deyil. Üç il əvvəl Danilovski rayonunda oxşar 4,8 kvadratmetrlik mənzil təxminən 40 min dollara satışa çıxarılmışdı və daha nüfuzlu bir ərazidə yerləşməsi səbəbindən iki dəfə baha olmasına baxmayaraq, alıcı tapmışdı. Paytaxtda mənzil qiymətlərinin artması hazırda hətta kiçik qapalı məkanları belə investisiya aktivlərinə çevirir.

Seçilən
28
hafta.az

1Mənbələr