AZ

Tünzalə Ağayeva Bakı Marafonunda yeni mahnısını təqdim etdi – FOTO/VİDEO

Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu 2026da iştirak edib.

Doğru.az xəbər verir ki, pop ulduz tədbiri açıq elan edib və marafon üçün xüsusi hazırlaşdığı yeni Yenidən başlayaq mahnısını ilk dəfə səsləndirib. Mahnı hələ rəqəmsal platformalarda yer almasa da, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, yeni mahnı mayın 8-də rəsmi platformalarda təqdim olunacaq. Müğənni tədbirdə məşhur Görüşək hitini də ifa edib.

Marafon iştirakçıları sənətçini böyük izdiham və coşqu ilə qarşılayıb, yüzlərlə insan onunla şəkil çəkdirərək imzalı fotolar əldə edib.

DOĞRU.AZ

 

image-img_3966 image-img_3965 image-img_3961 image-img_3960image-img_3964image-img_3963image-img_3962 

Seçilən
26
1
dogru.az

2Mənbələr