AZ

Ədəbiyyat İnstitutunun əməkdaşları beynəlxalq türkoloji tədbirdə məruzə ediblər

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 may, AZƏRTAC

Xəzər Universitetinin ev sahibliyi ilə keçirilən “Türk dünyasında mədəniyyət və dəyərlərin izləri” I beynəlxalq simpoziumunda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Türkiyə və Özbəkistanın elm və təhsil qurumlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə türkoloji elmin əsas istiqamətləri - ədəbiyyat, dil, tarix və mədəniyyət sahələrini əhatə edən 150-yə yaxın elmi məruzə təqdim olunub.

Plenar iclasda institutun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisinin yalnız tarixi ənənələrə söykənmədiyini, müasir dövr və gələcək üçün yeni birlik modelinin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, konfransın yüz il əvvəl Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsini, eləcə də tədbirin Türkiyə və Özbəkistanın nüfuzlu elm və təhsil qurumları ilə birgə təşkilini Türk dünyasında elmi əməkdaşlığın genişlənməsi baxımından mühüm hadisə kimi dəyərləndirib.

İki gün davam edən konfrans çərçivəsində Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya elmləri doktoru, professor Tahirə Məmməd və filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə ayrı-ayrı panellərə sədrlik ediblər.

Eyni zamanda, institutun əməkdaşlarından filologiya elmləri doktorları Xuraman Hümmətova, Almaz Ülvi Binnətova, Mərziyyə Nəcəfova, Eşqanə Babayeva, Bəsirə Əzizəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Şükufə Vəliyeva, filologiya üzrə fəlsəfə doktorları Arzu Hacıyeva və Gülnar Yunusova, Maya Həsənli, Leyla Primova və Hicran Əhmədin məruzələri dinlənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
azertag.az

1Mənbələr