Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xəbərin mətni
Əczaçılıq sənayesinin inkişafı milli səhiyyə sisteminin dayanıqlığının əsas sütunlarından biridir. Eyni zamanda, iqtisadiyyatın diversifikasiyası və innovasiyaların tətbiqinin aparıcı hərəkətverici qüvvəsidir. Müstəqilliyimizin ilk illərindən əczaçılıq sənayesinin inkişafı üçün əməli addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk əczaçılıq istehsalı müəssisələri qurulub. “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Əczaçılıq sənayesinin inkişafı konsepsiyası” hazırlanıb. Bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” II beynəlxalq konfransda çıxış edərkən deyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.