AZ

Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvəsinə qatıldı

Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin məkanına gəlib.

Redaktor.az xəbər verir ki, Ukrayna Prezidenti Karen Dəmirçyan adına İdman və Konsert Kompleksinə daxil olub.

Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan sammit iştirakçılarını qarşılayır.

Qeyd edilib ki, Zelenski Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştirak etmək üçün İrəvana səfər edib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
22
1
redaktor.az

2Mənbələr