AZ

Baş rol ifaçılarının qonorarı sektorda böhrana səbəb olub Siyahı

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Reytinqlərdə birinci olan məşhur serialların istehsalçıları artan xərclərə görə aktyorların qonorarında endirim tələb edib.

Axşam.az xəbər verir ki, bu il Türkiyə serial sektorunda baş rolların bölüm başına qazancı yüksək büdcələr səbəbilə rekord həddə çatıb. Bu səbəbdən sektorda ciddi böhran yaşandığı bildirilir. Telekanallar bir bölümün xərclərinin artıq 20-30 milyon lirə (752 minlə 1 milyon manat) arasında dəyişdiyini qeyd edir.

Əgər bu vəziyyət davam etsə, qarşıdakı mövsümdə bir çox serialın final etməsi qaçılmaz ola bilər.

"Akşam" qəzetinin məlumatına görə, kanallar xərcləri azaltmaq üçün büdcənin 15-18 milyon lirə səviyyəsinə endirilməsini istəyib. İddialı layihələr üzərində çalışan prodüserlər də artıq tədbir görməyə başlayıb. Belə ki, bir çox istehsal şirkəti yüksək qonorar alan aktyorlardan ödənişlərində endirim etməyi tələb edib. Aktyorların bu tələbə necə cavab verəcəyi isə hələ məlum deyil.

Aktyorların bölüm başına qazancı belədir:

Kənan İmirzalıoğlu - 4.5 milyon lirə (təxminən169 min manat)

Afra Saraçoğlu - 2.5 milyon lirə (təxminən 94 min manat)

Çağatay Ulusoy - 3.5 milyon lirə (təxminən 132 min manat)

Demet Özdemir - 2 milyon lirə (təxminən 75 min manat)

Uraz Kayqılaroğlu - 1.5 milyon lirə (təxminən 45,000 manat)

Devrim Özkan - 1 milyon lirə (təxminən 38 min manat)

Deniz Can Aktaş - 1.2 milyon lirə (təxminən 36,000 manat)

Ozan Akbaba - 1.5 milyon lirə (təxminən 56 min manat)

Sinem Ünsal - 1 milyon lirə (təxminən 30,000 manat)

Mert Ramazan Demir - 2.5 milyon lirə (təxminən 94 min manat)

Melis Sezen - 1.5 milyon lirə (təxminən 56 min manat)

Tolqa Sarıtaş - 1.2 milyon lirə (təxminən 45 min manat)

Rabia Soytürk - 600 min lirə (təxminən 23 min manat)

Sıla Türkoğlu - 1 milyon lirə (təxminən 38 min manat)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
axsam.az

1Mənbələr