AZ

Rusiya Ukraynaya hücumlarda taktikanı dəyişdi Uşaqları daşıyan avtobus vurulub...

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya ordusu Ukrayna ərazilərinə qarşı taktikasını dəyişərək, zərbə pilotsuz təyyarələrindən (PUA) əsasən gündüz saatlarında istifadə etməyə başlayıb. 3 may tarixində həyata keçirilən intensiv hücumlar nəticəsində dinc sakinlər arasında itkilər və ciddi dağıntılar var.

“AzPolitika” xəbər verir ki, bazar günü Ukraynanın müxtəlif bölgələri həm ballistik raketlər, həm də "Kamikadze" dronlarının hədəfi olub.

Nikolayev vilayətinin rəhbəri Vitali Kimin verdiyi məlumata görə, şəhərə endirilən ballistik raket zərbələri nəticəsində azı 5 nəfər xəstəxanaya yerləşdirilib. Hücum zamanı 17 fərdi ev, bir çoxmənzilli bina və avtomobillər zədələnib.

Dnepr şəhərində isə dron hücumu yataqxana binasına ziyan vurub. Son məlumatlara görə, hücum nəticəsində 1 nəfər həlak olub, aralarında 9 yaşlı uşağın da olduğu 11 nəfər yaralanıb.

Dnepropetrovsk vilayətində baş verən hadisə xüsusilə ağır olub. Rusiya dronu Zaporojyedən Zakarpatyeyə istirahətə gedən uşaqları daşıyan avtobusu hədəf alıb. İlkin məlumatlara görə, biri uşaq olmaqla 6 nəfər yaralanıb.

Krivoy Roq dadron 9 mərtəbəli yaşayış binasının girişinə çırpılıb, yanğın baş verib. İkisi uşaq olmaqla 3 nəfər xəstəxanaya aparılıb. Sumı vilayətində sərhəd yaxınlığında taxıl daşıyan yük avtomobili hədəf alınıb, 46 yaşlı sürücü ağır vəziyyətdədir. Zaporojye şəhərinə endirilən zərbələr nəticəsində isə daha 5 nəfər yaralanıb.

Hərbi ekspertlər qeyd edirlər ki, 2026-cı ilin baharından etibarən Rusiya ordusu hücum taktikasını dəyişib. Əvvəllər PUA-lar əsasən axşam və ya gecə saatlarında buraxılırdısa, hazırda hücumlar daha çox insanların küçələrdə olduğu gündüz saatlarında həyata keçirilir. Bu isə mülki əhali arasında xəsarət alanların sayını kəskin artırır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
azpolitika.info

1Mənbələr