AZ

Nənə, qızı və nəvəsi öldü tapıldı

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Kalininqrad şəhərində çoxmərtəbəli yaşayış binasının pəncərələri altından eyni ailənin üç üzvünün meyiti aşkar edilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 70 yaşlı qadın, onun 41 yaşlı qızı və 3 yaşlı nəvəsinin həyatını itirdiyi müəyyən olunub.

İlkin məlumatlara görə, hadisə yerində həmçinin vida məktubu da tapılıb.

Bildirilib ki, ailə binanın doqquzuncu mərtəbəsində yerləşən kirayə mənzildə yaşayırmış. Məlumata əsasən, yaşlı qadın psixi xəstəlikdən əziyyət çəkirmiş və vida məktubunu da məhz onun yazdığı qeyd olunur.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
modern.az

1Mənbələr