AZ

22 saat təyyarədə olacaqlar

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avstraliyanın “Qantas” aviaşirkəti aviasiya tarixində inqilab edəcək yeni layihəsini təqdim edib.Demokrat.az xəbər verir ki, “Project Sunrise” (Gün doğumu) layihəsi çərçivəsində dünyanın ən uzunmüddətli fasiləsiz kommersiya uçuşlarına start verilir.Yeni layihəyə əsasən, təyyarələr heç bir yerdə eniş etmədən tam 22 saat ərzində havada qalacaq.Nyu-York və Londona birbaşa reyslərAviaşirkət Sidney şəhərindən London və Nyu-Yorka birbaşa reyslər həyata keçirməyi planlaşdırır. Bu marşrutlar reallaşdıqdan sonra hazırda "Singapore Airlines"a məxsus olan 18 saatlıq uçuş rekordu yenilənəcək.Sərnişin sayı azaldılıb, komfort artırılıbUzaq məsafəli uçuşlar üçün xüsusi olaraq hazırlanan "Airbus A350" tipli təyyarələrdən istifadə olunacaq. Sərnişinlərin 22 saatlıq yol boyu rahatlığını təmin etmək üçün təyyarənin tutumu 300 nəfərdən 238 nəfərə endirilib. Birinci sinif (First Class) sərnişinləri üçün yatağa çevrilən oturacaqlar, geniş ekranlar və xüsusi istirahət zonaları nəzərdə tutulub.Uçuşlar nə zaman başlayır?Məlumata görə, bu tarixi uçuşların 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaması hədəflənir. Hazırda təyyarələrin sınaq prosesi davam edir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr