AZ

Buzovna bələdiyyəsi finala yüksəldi Fotolar

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Xəbər verildiyi kimi Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş futbol üzrə bələdiyyə komandaları arasında turnir start götürüb. 2 may tarixində Buzovna qəsəbə stadionunda keçirilən turnirin ilk oyununda “Buzovna bələdiyyəsi” komandası 1-0 hesabı ilə “Şüvəlan bələdiyyəsi”nə qalib gəlib.

Gununsesi.info xəbər verir ki, 3 may tarixində keçirilən növbəti oyunda “Buzovna bələdiyyəsi” və “Zirə bələdiyyəsi” komandaları üz-üzə gəlib.

Oyun buzovnalıların 4-0 hesablı qələbəsi ilə başa çatıb. Buzovnalılar Zirə komandası üzərində inamlı qələbədən sonra final mərhələsinə vəsiqə qazanıb. Komanda 1/4-də isə “Şüvəlan bələdiyyəsi”nə qalib gəlib.

Mayın 8-də “Buzovna bələdiyyəsi” və “Binə bələdiyyəsi” komandaları arasında final oyunu keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
icma.az

1Mənbələr