AZ

“İqtisadi sanksiyalar SEPAH üçün ən pis ssenaridir” ŞƏRH

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran ABŞ -ın təkliflərini getdikcə qəbul edir”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Nüvə zənginləşdirməsini 3% saflaşdırılmasına razıdır. Göründüyü kimi, hərbi əməliyyatlardan daha çox iqtisadi blokada SEPAH -ın ABŞ qarşısında geri çəkilməsinə gətirib çıxarır. Müharibə də xalq birmənalı olaraq sistemin yanında olur. Müharibə dayanıb, iqtisadi sanksiyalar və blokada SEPAH üçün ən pis ssenaridir”.

O qeyd edib ki, blokada davam etdikcə sosial vəziyyət daha da ağırlaşır:

“Bu da əhalinin etirazlara çıxmasına səbəb gətirib çıxara bilər. Xalq yenidən etirazlara qalxarsa, vətəndaş müharibəsi qaçılmaz olacaq. Bəlluclar, ərəblər və kürdlər silahlı etiraza qalxacaq. Zaman SEPAH əleyhinə işləyir. ABŞ İranı blokada saxlamağa davam edəcək. D. Tramp şərtləri qəbul etmir”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr