AZ

“Sabah”ın legionerindən etiraf: Qalmaq istəyir, amma maneə var

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mənim "Holştayn Kil" ilə müqaviləm var. Orada idman direktoru və baş məşqçi dəyişib. Təbii ki, burada yaxşı çıxış etdiyimi görəndən sonra onlar mənimlə əməkdaşlığı davam etdirmək və məni geri qaytarmaq istəyirlər". Sport24.az xəbər verir ki, bu sözləri icarə əsasında "Sabah"da çıxış edən polşalı futbolçu Timoteuş Puxaç "weszlo" saytına açıqlamasında deyib. 27 yaşlı cinah müdafiəçisi "Sabah"a mümkün birdəfəlik transferi ilə bağlı danışıb: "Yəqin ki, oradan transferim asan olmayacaq, çünki məni buraxmaq üçün "Sabah"ın müqavilədə nəzərdə tutulan çıxış məbləğindən daha çox pul tələb edə bilərlər". Puxaç öz seçimini də açıqlayıb: "Burada özümü yaxşı hiss edirəm və görək klublar necə razılığa gələcək. Böyük ehtimalla burada qalmaq şansım 80-nin 20-yədir. Karyeram ərzində çox klub dəyişmişəm. Bəzən bu mənə xeyir verib, bəzən isə o qədər də yox. Ona görə inkişaf baxımından sabitlik yaxşıdır. Əgər üstəlik Avropa kuboklarında çıxış etsək, bu, ümumiyyətlə əla olar. Düşünürəm ki, gələn mövsüm də burada oynamaq ehtimalım yüksəkdir".Qeyd edək ki, Timoteuş Puxaç cari mövsüm "Sabah"la Misli Premyer Liqasının qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
sport24.az

1Mənbələr