AZ

Qəzzada ölənlərin sayı artmaqda davam edir - 72 610 nəfər həlak olub

BAKI,TurkicWorld Orxan Qədirzadə

Qəzza zolağında həlak olanların sayı artaraq 72 610 nəfərə çatıb.

TurkicWorld xəbər veir ki, bu barədə Qəzza səhiyyə orqanları məlumat yayıb. Bildirilir ki, yaralananların sayı isə 172 448 nəfər təşkil edir.

Qeyd olunur ki, itkilər HƏMAS-İsrail münaqişəsinin 2023-cü il oktyabrın 7-də başlamasından bəri qeydə alınıb.

Məlumata əsasən, ötən ilin oktyabrın 10-da qüvvəyə minən atəşkəsdən sonra da zorakılıq dayanmayıb. Belə ki, həmin dövrdən indiyədək 830 nəfər həyatını itirib, 2 345 nəfər yaralanıb.

Eyni zamanda, çox sayda insanın cəsədinin dağıntılar altında qaldığı və hələ də çıxarılmadığı bildirilir.

Seçilən
4
turkic.world

1Mənbələr