AZ

Britaniyadan Avropa bazarına çıxmaq üçün ildə 1,15 milyard avro tələb ediləcək

Avropa İttifaqı Böyük Britaniyadan Aİ-nin vahid bazarına çıxış üçün illik 1,15 milyard avro məbləğində ödəniş tələb edib.

Musavat.com xəbər verir ki, məlumatı "The Times" qəzeti yayıb. Bildirilir ki, Brüssel Böyük Britaniyanın Baş naziri Keir Starmerin 4 mayda İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində blokun büdcəsinə töhfə vermək üçün prinsipial razılığa gəlməsini istəyir.
Starmerin ofisi bildirib ki, görüşün mövzularından biri Aİ ilə daha sıx əməkdaşlıq olacaq.

Adı açıqlanmayan bir avropalı diplomat qəzetə bildirib ki, “əgər Birləşmiş Krallıq daha çox inteqrasiya istəyirsə, ödəməyə məcbur olacaq": "Bu, o qədər də qeyri-adi deyil".

Nəşr qeyd edir ki, Aİ üzvü olmayan İsveçrə ittifaqın vahid bazarına çıxışı təmin etmək üçün 2025-ci ildə Aİ Birlik Fonduna hər il 375 milyon avro ödəməyə razılaşıb. Töhfə konfederasiyanın ÜDM-i əsasında hesablanıb. Qəzetin Brüsseldəki mənbələri bildirib ki, Birləşmiş Krallığın ÜDM-i İsveçrəninkindən təxminən dörd dəfə çox olduğundan, Londondan təxminən 1,15 milyard avro ödəməsi tələb oluna bilər. The Times yazır ki, bunlar Londonun Brexitdən bəri ilk ödənişləri olacaq.

Fevral ayında Münhen Təhlükəsizlik Konfransında Starmer bəyan edib ki, Böyük Britaniya artıq Brexit dövrünün ölkəsi deyil və Aİ ilə daha sıx inteqrasiyanı müdafiə edib.

Musavat.com

Seçilən
51
10
musavat.com

10Mənbələr