AZ

BDYPİ skuterlərin təhlükəsiz istifadəsi ilə bağlı çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) fərdi mobil nəqliyyat vasitələrindən istifadə edən şəxslərə yol hərəkəti qaydalarına ciddi əməl edilməsi ilə bağlı çağırış edib.

Qurumun məlumatına görə, Bakıda skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinin artması müsbət tendensiya olsa da, qayda pozuntuları yol təhlükəsizliyinə risk yaradır.

BDYPİ bildirir ki, ən çox rast gəlinən pozuntulara bir skuterdə iki nəfərin hərəkət etməsi, piyada səkilərində yüksək sürətlə idarəetmə, işıqfor və yol nişanlarına əməl edilməməsi, gecə vaxtı xəbərdaredici işıqsız hərəkət, eləcə də azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin bu vasitələrdən istifadəsi daxildir.

Qurum vurğulayıb ki, bu cür pozuntular təkcə inzibati məsuliyyət deyil, həm də ağır yol-nəqliyyat hadisələri riskini artırır.

BDYPİ əlavə edib ki, skuter və digər fərdi mobil vasitələrdən istifadə edənlər də digər yol hərəkəti iştirakçıları kimi qaydalara qeyd-şərtsiz əməl etməlidirlər.

Seçilən
15
anews.az

1Mənbələr