AZ

Tramp və Navrotski danışdı - ABŞ qoşunlarının Avropadakı taleyi müzakirə olundu

Polşa və ABŞ liderləri Avropadakı hərbi mövcudluğu müzakirə edib.

Redaktor.az xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Məlumata görə, Polşa Prezident Administrasiyasının açıqlamasında bildirilib ki, söhbətin əsas mövzusu Amerika qoşunlarının Avropadakı mövcudluğu perspektivləri olub. Danışıq Polşada qeyd olunan 3 May Konstitusiya Günü münasibətilə baş tutub.

Qeyd olunub ki, mayın 2-də Pentaqon Almaniyadan 5000 Amerika əsgərinin çıxarılması barədə əmr verib. Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, bu prosesin 6–12 ay ərzində tamamlanması gözlənilir.

Bildirilib ki, hazırda Almaniyada təxminən 38 min ABŞ hərbçisi yerləşir və bu, Avropadakı ən böyük Amerika hərbi kontingenti hesab olunur. Polşada isə təxminən 10 min ABŞ əsgəri var. Varşava son dövrlərdə ABŞ hərbi mövcudluğunun artırılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
26
1
redaktor.az

2Mənbələr