AZ

Neftçala QHT-si WUF13 çərçivəsində Lənkəranda keçirilən tədbirdə iştirak edib

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Lənkəranda keçirilən tədbirdə iştirak edib.

Bu barədə İctimai Birliyin sədri, Qaraman İcma Mərkəzinin təsisçisi Gülqədəm Mirzəzadə QHT.AZ saytına məlumat verib.

İctimai Birliyin, eyni zamanda Qaraman icma mərkəzinin üzvlərinin əl işləri nümayiş olunan sərgidə WUF13 çərçivəsində urban inkişafın, dayanıqlı və inklüziv icmaların qurulmasında insan amilinin rolu önə çıxarılıb.

Tullantılara yeni həyat verilərək nümayiş olunan eksponatlar urban inkişafın yalnız binalar, yollar və infrastruktur deyil, insanın gündəlik həyat, iqtisadi fəaliyyəti və icma münasibətləri ilə birlikdə formalaşmasını ehtiva edib. Tədbirdə iştirak Resource HUB-ın dəstəyi ilə baş tutub.

Seçilən
18
qht.az

1Mənbələr