AZ

Ukrayna Rusiyanın “kölgə donanması”na ağır zərbə vurdu Zelenski detalları açıqladı

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna ordusu Qara dənizdə Rusiyanın neft ixracı üçün istifadə etdiyi strateji hədəfləri – “kölgə donanması”na məxsus iki tankeri sıradan çıxarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Prezidentin sözlərinə görə, əməliyyat Qara dənizdəki Novorossiysk limanının girişində həyata keçirilib. Hücum nəticəsində Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iki böyük neft tankeri vurulub.

"Döyüşçülərimiz Rusiyanın 'kölgə neft donanması'na qarşı sanksiyaları tətbiq etməyə davam edir. Novorossiysk limanına giriş sularında bu cür iki gəmi vuruldu. Bu tankerlərdən neft daşınması üçün aktiv istifadə olunurdu – artıq yox. Baş Qərargah rəisi Andrey Qnatovun rəhbərliyi ilə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Hərbi Dəniz Qüvvələrinə minnətdaram" - deyə Zelenski bildirib.

Ukrayna dövlət başçısı eyni zamanda hücum anını əks etdirən video görüntüləri də paylaşıb. Videoda Ukrayna istehsalı olan dəniz dronunun böyük bir gəmiyə, ehtimal ki, neft tankerinə yaxınlaşaraq zərbə endirdiyi aydın görünür.

Zelenski hadisənin dəqiq vaxtını, tankerlərin adlarını və onlara dəyən zərərin miqyasını açıqlamasa da, "Onlar artıq neft daşıya bilməyəcək" ifadəsi ilə gəmilərin ciddi sıradan çıxdığına işarə edib.

Maraqlıdır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik əməliyyatla bağlı rəsmi məlumat yaymayıb. Rusiya tərəfi də hadisəni sükutla qarşılayır. Lakin 3 may səhər saatlarında Novorossiyskdə raket təhlükəsi elan edildiyi, lakin qısa müddət sonra ləğv olunduğu bildirilir.

Xatırladaq ki, aprel ayının əvvəlində Novorossiysk limanına edilən genişmiqyaslı hücumlar zamanı "Şeşaris" neft terminalı vurulmuş, həmçinin Rusiyanın "Admiral Essen" və "Admiral Makarov" freqatlarına ziyan dəydiyi iddia edilmişdi.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
azpolitika.info

1Mənbələr