AZ

UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır

Davam edən hərbi əməliyyatlar səbəbindən Hörmüz boğazında dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır.

"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.

UKMTO dənizçilərə Oman hakimiyyət orqanları ilə əlaqə saxlamağı tövsiyə edib.

Daha əvvəl UKMTO Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə sahillərindəki tankerin naməlum mərmilərlə vurulduğunu bildirmişdi.

"Bütün heyət təhlükəsizlikdədir. Ətraf mühitə təsir barədə məlumat verilmir", - məlumatda qeyd edilib.

Seçilən
21
far.az

1Mənbələr