AZ

Kruiz gəmisində sirli virus - ÜST araşdırmalara BAŞLADI

Ümumdünya Səhiyyə Təşkilatı kruiz gəmisində qeydə alınan ölüm halları ilə bağlı araşdırmalara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, təşkilatın açıqlamasında hadisənin Hantavirus infeksiyası ilə əlaqəli ola biləcəyi bildirilib və bununla bağlı laboratoriya və epidemioloji tədqiqatlar aparıldığı qeyd olunub.

Xatırladılıb ki, daha əvvəl "Agence France-Presse" Argentinadan Kolumbiyaya gedən MV Hondius kruiz gəmisində ölüm hallarının qeydə alındığını açıqlamışdı. İlkin məlumatlara görə, Atlantik okeanında gəmidə tənəffüs yolları xəstəliyinin yayılması nəticəsində iki nəfər ölüb, daha sonra üçüncü ölüm faktı da təsdiqlənib.

Bildirilib ki, ÜST mütəxəssisləri hadisə ilə bağlı məlumatlandırılıb və infeksiyanın dəqiq səbəbini müəyyən etmək üçün geniş araşdırmalar aparılır. Açıqlamada qeyd olunub: “Əlavə laboratoriya və epidemioloji testlər də daxil olmaqla, ətraflı araşdırma aparılır. Sərnişinlər və heyət tibbi yardım və dəstək alır”.

Məlumata görə, hantavirus infeksiyasının bir halı təsdiqlənib, daha beş şübhəli yoluxma faktı müəyyən edilib. Yoluxan altı nəfərdən üçü həyatını itirib, bir nəfər isə Cənubi Afrikada reanimasiya şöbəsinə yerləşdirilib. Gəmidə simptomları olan digər sərnişinlər də təcrid olunacaq.

Qeyd olunub ki, gəmi hazırda Praya limanında lövbər salıb və sərnişinlərin gəmini tərk etməsinə icazə verilmir. Həkimlər onların müayinəsini gəmi göyərtəsində davam etdirirlər.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
14
1
redaktor.az

2Mənbələr