AZ

Dövlətyarlı kəndinin xarici su təchizatı 2 milyon manata başa gələcək

Dövlətyarlı kəndində su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə təxminən 2 milyon manat ayrılıb.

Banker.az xəbər verir ki, “Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi tərəfindən Dövlətyarlı kəndinin xarici su təchizatı, tullantı su şəbəkəsi və qurğularının tikintisi üzrə satınalma həyata keçirilib.

Layihənin icrası “Geo-Eco İnnovation Center” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

İşlərin ümumi dəyəri 1 887 801 manat təşkil edir.

Seçilən
19
banker.az

1Mənbələr