AZ

Azərbaycan Qafqaz İnvestisiya Forumunda təmsil olunub

İqtisadiyyat nazirinin müavini Azər Bayramov Rusiyanın Mineralnıye Vodı şəhərində keçirilən Qafqaz İnvestisiya Forumunda iştirak edib.

Adalet.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, A.Bayramov "İnvestisiya mühitinin transformasiyası: Gələcəyi yeni reallıqlarda layihələndirmək" mövzusunda plenar iclasda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılmış imkanlar, tətbiq edilən vergi-gömrük güzəştləri barədə məlumat verib. Beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Ələt azad iqtisadi zonası, o cümlədən sənaye parkları, işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında biznes subyektləri üçün tətbiq edilən xüsusi güzəşt və azadolmalar diqqətə çatdırılıb. Rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər qeyd edilib.

"Yeni biznes: Maneələrin azaldılması və işgüzar mühitin formalaşdırılmasında yeni yanaşmalar" adlı panel sessiyada ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, innovasiya və startap ekosisteminin inkişafı, həmçinin investisiya üzrə beynəlxalq əməkdaşlıq nəzərə çatdırılıb.

Tədbir çərçivəsində təşkil olunan "İslam maliyyələşməsinin beynəlxalq inteqrasiyası: kapital və strateji tərəfdaşlıq" adlı panel sessiyada Azərbaycanın İslam maliyyələşməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl yanaşmaların tətbiqinə önəm verdiyi vurğulanıb.

Forumda investisiya və maliyyə, turizm, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq, aqrar-sənaye, ticarət, səhiyyə, energetika, nəqliyyat, infrastruktur, mədəniyyət və insan kapitalı kimi sahələrin inkişafı müzakirə olunub. Maliyyələşmə, kənd təsərrüfatı, süni intellektin tətbiqi, turizm və tibbi turizmin inkişafı kimi mövzular üzrə panel sessiyalar keçirilib.

Seçilən
11
adalet.az

1Mənbələr