Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək. Bu barədə 1news.az Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) istinadən xəbər verir. Məlumata görə, o mayın 5-də Azərbaycana gələcək. Səfər çərçivəsində K.Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, o cümlədən bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək. Digər təfərrüatlar açıqlanmayıb.