AZ

Sərnişin gəmisində virus epidemiyası təsdiqləndi: Hantavirus nədir?

Sərnişin gəmisində virus epidemiyası təsdiqləndi: Hantavirus nədir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" adlı sərnişin gəmisində şübhəli hantavirus epidemiyasının aşkar edildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, epidemiya çərçivəsində üç nəfər həyatını itirib, bir yoluxma halı rəsmən təsdiqlənib və beş şübhəli hal üzərində laboratoriya müayinələri davam edir.

Hantaviruslar gəmiricilər tərəfindən daşınan və insanlara adətən bu heyvanların qurumuş nəcisi, sidiyi və ya tüpürcəyinin toz halında tənəffüs edilməsi yolu ilə keçən bir virus qrupudur. Virus insanlarda iki əsas ağır xəstəliyə yol açır:

Hantavirus Pulmoner Sindromu (HPS): Yorğunluq, qızdırma və əzələ ağrısı ilə başlayıb tənəffüs çatışmazlığına qədər irəliləyir (ölüm riski təxminən 38%).

Renal Sindrom (HFRS): Xüsusilə böyrəklərə təsir edən, daxili qanama və kəskin böyrək çatışmazlığına səbəb olan qanamalı qızdırma.

Dünya miqyasında hər il təxminən 150 min HFRS yoluxması qeydə alınır ki, bunların yarıdan çoxu Çinin payına düşür. Virusun "Seoul" adlanan növü qonur siçovullar vasitəsilə bütün dünyaya yayılmışdır. Hantavirus infeksiyası üçün xüsusi bir müalicə metodu mövcud deyil; müalicə prosesi oksigen terapiyası, süni tənəffüs cihazı və bəzi hallarda dializ kimi dəstəkləyici tibbi müdaxilələri əhatə edir.

Mütəxəssislər virusdan qorunmaq üçün ev və iş yerlərində gəmiricilərlə təmasdan qaçmağı, zirzəmi və çardaq kimi yerləri izolyasiya etməyi və təmizlik zamanı mütləq qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

Seçilən
20
afn.az

1Mənbələr