AZ

Vinisius Ronaldu və Puşkaşa çatıb

BAKI, 4 may. TELEQRAF

"Real Madrid"in hücumçusu Vinisius Junior özünəməxsus bir nailiyyətə imza atıb.

Teleqraf xəbər verir ki, braziliyalı futbolçu "Espanyol"a qarşı 2 qol vuraraq mövsümdə 20 qol həddini keçib. Onun bu mövsüm 50 matçda 21 qolu var.

Vinisius Kriştianu Ronaldu, Kərim Benzema, Raul Qonsales, Uqo Sançes, Ferens Puşkaş, Alfredo Di Stefano və Painyodan sonra "Real Madrid"də ardıcıl beş və ya daha çox mövsümdə 20 və ya daha çox qol vuran tarixdəki səkkizinci oyunçu olub.

Qeyd edək ki, 25 yaşlı forvard 2018-ci ildən bəri Kral Klubunun şərəfini qoruyur.

Seçilən
14
teleqraf.com

1Mənbələr