İlkin məlumatlara görə, 4 may bazar ertəsi gecəsi Moskvanın qərbindəki Mosfilmovskaya küçəsi yaxınlığındakı bir binaya dron dəyib.
Herbiand.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Telegram kanalında yazıb: "İtki yoxdur. Xidmətlər hadisə yerində işləyir."
Məlumatdan bir müddət əvvəl Telegram kanalları "Ehtiyatlı olun, Moskva", "Şot", "Maş" və "Baza" Mosfilmovskaya küçəsindəki yaşayış binasının yaxınlığında partlayış baş verdiyini bildirib. Onlar binanın zədələnmiş hissəsinin fotosunu dərc ediblər. “Şot”un yazdığına görə, sözügedən bina Ramenki rayonundakı "Mosfilmovskaya küçəsindəki ev" lüks yaşayış kompleksidir. "Astra" kanalı həmçinin Mosfilmovskaya küçəsi 8 ünvanında yerləşən yaşayış kompleksinə də ziyan dəydiyini bildirib.