AZ

Uçot dərəcəsi ilə bağlı qərar veriləcək



Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

aia.az AMB-yə istinadən xəbər verir ki, bununla bağlı mayın 6-da Mərkəzi Bankda bununla bağlı mətbuat konfransı keçiriləcək.

AMB ilin əvvəlində uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6.5%-ə, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirib. Bununla belə aprelin 2-dəki qərarında faiz dəhlizinin parametrlərini sabit saxlayıb. Qeyd olunub ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Qeyd edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək.

aia.az



Seçilən
3
12
aia.az

10Mənbələr