AZ

Yanacaq çatışmazlığı səbəbindən aviaşirkətlər uçuşları azaldırlar

BAKI, 4 may. TELEQRAF

Son iki həftədə qlobal aviaşirkətlər may ayı cədvəllərindən 2 milyon sərnişin oturacağını çıxarıblar. Təyyarə yanacağı çatışmazlığı ilə bağlı narahatlıqlar armaqda davam edir.

Teleqraf xəbər verir ki, bnu barədə "Cirium" analitik şirkəti araşdırma aparıb.

Mayda bütün aviaşirkətlərdə mövcud yerlərin ümumi sayı 132 milyondan 130 milyona endirilib.

Bildirilir ki, minlərlə uçuş ləğv edilib, aviaşirkətlər təchizatdakı fasilələr fonunda yanacağa qənaət etmək üçün bəzi marşrutlarda daha kiçik və ya daha qənaətcil təyyarələrdən istifadə etməyə başlayıblar.

Fevralın sonlarından təyyarə yanacağının qiyməti iki dəfə artıb. Bu da aviaşirkətləri bilet qiymətlərini yüksəltməyə məcbur edib.

Avropadan Asiyaya uçuşların üçdə birini həyata keçirən Fars körfəzi hava limanlarının bağlanması isə qlobal səyahətləri xaosa sürükləyib.

"Cirium"un məlumatları göstərir ki, regionun ən böyük aviaşirkətləri - "Emirates", "Etihad" və "Qatar Airways" kütləvi uçuşların ləğvi də daxil olmaqla, may ayı cədvəllərini əhəmiyyətli dərəcədə dəyişdiriblər.

Seçilən
9
teleqraf.com

1Mənbələr