AZ

Avropa Parlamentinin qərarları Azərbaycan üçün məcburi deyil

Azərbaycanın Avropa institutları ilə münasibətlərinin tarixi və bu günkü hüquqi-siyasi çərçivəsi barədə politoloq Əhməd Şahidov fikirlərini bölüşüb.

O, News365.az-a açıqlamasında bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan üçün əsas prioritet beynəlxalq platformalarda tanınmaq, səsini dünyaya çatdırmaq və xüsusilə Ermənistanla münaqişə fonunda ədalətli mövqe qazanmaq olub. Bu məqsədlə ölkə müxtəlif Avropa və beynəlxalq institutlara inteqrasiya prosesinə başlayıb.

Politoloq qeyd edib ki, 1993-cü ildə ATƏT-ə üzvlükdən sonra Azərbaycan Ermənistanla münaqişənin həlli üçün yaradılmış Minsk qrupu çərçivəsində uzun illər fəaliyyət göstərib. Lakin bu mexanizm gözlənilən nəticəni vermədiyi üçün Azərbaycan sonradan bu formatdan imtina edib.

Onun sözlərinə görə, 2001-ci ildə Avropa Şurasına üzvlük və digər Avropa strukturları ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm addım olub. Bununla belə, bəzi təşkilatların fəaliyyətinin effektivliyi ilə bağlı fərqli yanaşmalar mövcud olub.

Əhməd Şahidov vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu səbəbdən Avropa Parlamentində təmsil olunmur. O bildirib ki, Avropa Parlamenti siyasi xarakterli qərarlar qəbul edən qurumdur və onun qətnamələri Azərbaycan üçün hüquqi məcburiyyət daşımır.

Politoloqun sözlərinə görə, həmin qərarlar ölkənin daxili işlərinə birbaşa təsir göstərmir və icra mexanizmi baxımından məcburi xarakterə malik deyil.

Seçilən
1
news365.az

1Mənbələr