AZ

Atası ilə yaxın olan qızlar daha gec yetkinləşir

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qızların ataları ilə münasibəti onların yetkinlik yaşına çatma vaxtına təsir göstərə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Social Psychology” jurnalında dərc olunan araşdırmada bildirilib.

Tədqiqat 173 qız və onların ailələri üzərində aparılıb. Qızlar uşaq bağçasından yeddinci sinfə qədər izləniliblər. Bu müddətdə alimlər ailə münasibətləri ilə qızların inkişaf tempi arasındakı əlaqəni araşdırıblar.

Nəticələrə görə, atası ilə yaxın, səmimi və dəstəkləyici münasibətdə olan qızlar yetkinlik dövrünə daha gec daxil olur. Atası ilə münasibəti zəif olan və ya atasız böyüyən qızlarda isə erkən yetkinlik daha çox müşahidə edilir.

Alimlər bildirirlər ki, əsas amil atanın sadəcə ailədə olması deyil, qızı ilə münasibətinin keyfiyyətidir. Qayğıkeş və ailə həyatında fəal rol oynayan ataların qızları adətən daha gec inkişaf edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
yeniavaz.com

2Mənbələr