AZ

Trampı təhdid etdilər – “Sizə ordumuz cavab verəcək”

“İran Silahlı Qüvvələri ABŞ-nin təhdidlərinə necə cavab verəcəyini bilir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında ilişib qalan gəmilərə yardım təşəbbüsünə cavab olaraq deyib.

Diplomat İranı “Hörmüz boğazının himayədarı və mühafizəçisi” adlandırıb: “Gəmilər, gəmi sahibləri və gəmiçilik şirkətləri yaxşı bilirlər ki, təhlükəsizlik və mühafizənin təmin olunması İranın səlahiyyətli qurumları ilə koordinasiya tələb edir”.

Seçilən
18
teleqraf.com

1Mənbələr