AZ

Telefon asılılıgı: Uşaqlarla bağlı narahatedici HESABAT

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərədə aparılan araşdırmalar göstərir ki, uşaqlar top atmağı öyrənməzdən əvvəl artıq mobil telefon sahibi olurlar.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İngiltərədə fəaliyyət göstərən Sosial Ədalət Mərkəzi (CSJ) hesabat yayıb.

Hesabat uşaqlar arasında smartfon istifadəsinin geniş miqyasını ortaya qoyur. Bildirilir ki, 10 yaşlı uşaqların düzgün şəkildə top atmağı öyrənməzdən əvvəl smartfon sahibi olma ehtimalı daha yüksəkdir.

Araşdırmaya əsasən, bu yaş qrupundakı uşaqların üçdə ikisinin şəxsi smartfonu var. Lakin onların yalnız 43 faizi topu baş üzərindən düzgün atmağı yaxşı və ya çox yaxşı səviyyədə bacarır.

Müəllimlərin sözlərinə görə, uşaqlar planşet və telefonlara həddindən artıq vaxt ayırdıqları üçün kifayət qədər hərəkət etmir, nəticədə isə məktəbə fiziki cəhətdən daha zəif vəziyyətdə gəlirlər.

6–9 yaş arası uşaqların cəmi 18,7 faizi qaçmaq, tullanmaq, atmaq və tutmaq kimi dörd əsas motor bacarığını tam mənimsəyib. Halbuki ibtidai sinif yaşında olan uşaqlara gündə ən azı 60 dəqiqə orta intensivlikdə fiziki aktivlik tövsiyə olunur. Buna baxmayaraq, onların yarısı bu göstəriciyə əməl etmir.

Bundan əlavə, 13 yaşdan kiçik uşaqların 40 faizindən çoxunun sosial media profili mövcuddur.Mütəxəssislər qeyd edirlər ki, uşaqlar arasında piylənmə və psixoloji problemlərin artması ekran qarşısında keçirilən vaxtın çoxalması ilə eyni dövrə təsadüf edir.

Belə ki, İngiltərədə 8–10 yaş arası hər 6 uşaqdan birində psixi sağlamlıq problemi müşahidə olunur. Halbuki 6 il əvvəl bu göstərici hər 10 uşaqdan 1 idi.

Əfsanə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr