AZ

Səməd Vurğuna çamur atanlar: Zəngili... - Allahverdi Eminov yazır

Yazılana qayıdırıq

 

Mən Səməd Vurğun poeziyası haqqında dəfələrlə yazmış və “Səməd Vur-ğunun poetikası” monoqrafiyasını (Bakı, 1999, 224 səh.) çap etdirmişəm. Otuza yaxın şairin yaradıcılığına aid qəzet və jurnal məqaləsinin müəllifiyəm. Bundan əlavə şairə ölümündən sonra böhtan atanları vaxtında mətbuatda cavablandırmı-şam. O, Azərbaycan poeziyasının “balı, duzudur”, bayraqdarıdır. Çox şairlər özünü S.Vurğuna bənzətmək istədilər, onun “yerişini” yamsıladılarsa... O, şeirdə elə meteordu, ona yaxınlaşmaq müşkül olardı.

Səməd Vurğun çox da uzun sürməyən ömründə o zirvəni fəth elədi – bir şair ömrünə sığan iş deyil, İlahinin verdiyi qeyri – adi paydır.

Şairin poeziyası bu gün də – XXI əsrdə diqqət mərkəzindədir, şairlər daha çox həyəcan keçirir, qibtə edir və sakitləşirlər. Belə həqiqəti duyan şairlər ona ya şeirlər həsr edir, ya onun şəxsiyyətinə hörmətlə yanaşır, ya da qibtə hissini rəva görürlər. B.Vahabzadə, Hüseyn Arif, N.Həsənzadə, Məmməd Araz, Qabil, Zeynal Xəlil, O.Sarıvəlli vaxtilə ən səmimi şeirlərini qələmə almışlar. Digər qism şairlər isə S.Vurğun irsini araşdırmaqla təsəlli tapmışlar. Belə şairlər sırasında poeziya-mızda öz dəsti – xətti olan, istedadlı şair və alim İslam Sadığı xüsusilə fərqləndi-rərdim. Onun poeziyası haqqında bir neçə il əvvəl geniş məqaləmlə “Ədalət” qə-zetində çıxış etmiş, dəfələrlə görüşmüşəm. İslam Sadıq yaşıdlarından fərqli olaraq məhsuldar və orijinal düşüncəli, obrazlı deyimli şeirlər müəllifidir. Hələlik ilhamı ona xəyanət etməmişdir. Mən şəxsi arxivimi səliqə – sahmana salarkən şair – təd-qiqatçının “Mənəm bu dünyada bəlalar çəkən” məqaləsilə (bax: “Ədəbiyyat qə-zeti”, 29 iyul, 2017-ci il) rast gəldim. (Qəzet bu yazını çap etməklə xeyirxah iş gör-müşdür). Bir şeirin yazılma tarixçəsinə toxunan İ.Sadıq 30-cu illərdə – repres-siyanın “qoxusu” duyulan ərəfədə sifarişlə yazılan “Zəngili” təxəllüslü bir şəxsin məqaləsidir. Bu imza ilə maraqlandım: ədəbiyyatda yeri olmayan, peşəkarlıqdan uzaq, “böhtançı” kimi tarixə düşmüşdür.

İslam Sadıq araşdırmasında – yozumunda Zəngilinin böhtan dolu iftiratını elmi əsaslarla sübuta yetirmişdir, məhz repressiyaya “hazırlıq” görüldüyünə oxucu-ları inandırmışdır. S.Vurğun gənclik illərindən Hüseyn Cavidə, Çingiz İldırıma, hacı Kərim Sanılıya rəğbət bəsləmişdir. O, erkən cavanlığında poetik ilhamını orta-ya qoymuş, sonralar “Dağlar”, “Şair, nə tez qocaldın sən?”, “Çəkil”, “Unut”, “Ayın əfsanəsi”, “Talıstan” və s. əsərlərilə oxucuların görüşünə gəldi! 1924-1932-ci illər 18 yaşlı şair dövrün ab-havasını bütün dərinliyilə dərk edə bilməzdi. Müstəqilli-yimizdə – Sovet Dövlətinin çöküşündən sonra siyasi – mənəvi prosesləri anlamaq hünər deyil! Bu dövrü təhlil edərkən şair həyat ziddiyyətlərinin çalarlarını tərənnüm edirdi bu və ya başqa ovqatda. İnsanın dünyagörüşü, həyata baxışı onun yaşı və təhsililə də bağlıdır. O dövrün poeziyasının ideya – istiqamətini saf-çürük edəndə, ədəbi faktlara nəzər yetirəndə şəxsi motivlərində şairlərin yaradıcılığında hansı nüansları axtarmalıyıq? S.Vurğun İ.Stalinə, “26-lar”a, Kommunist Partiyası-na yazdığı şeirlərə irad tutmaq, “Günahlandırmağ”ın özü ədəbi günahdır”! “Rəhbə-rə salam”, “Köhnə dostlar”, Yoldaş, Hinger, maxanaqo”, “Zamanın bayraqdarı” və s. əsərlər yazılmalı idi. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibətilə Kremldə başda Mir Cəfər Bağırov olmaqla Azərbaycan nümayəndə heyətinin tər-kibində otuz yaşlı Vurğun da olmuş və “Rəhbərə salam” şeirini pafosla, həyəcanla oxumuş, İ.V.Stalinin göstərişilə “Lenin” ordeniylə mükafatlandırılmışdır. Bu tarixi fakta irad tutmağa dəyərmi? Ulu öndər, Azərbaycan Respublikasının sabiq Prezi-denti Heydər Əliyev ədəbi şəxsiyətlərimizi müxtəlif fəxri mükafatlara layiq gör-müşdür. Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Bu tarixi şəxsiyyətlərə, dövlət xadimlərinə şeirlər, poemalar yazılmışdır və şairlər canlı tarix qarşısında borclarını ödəmişlər! Bu, nə vaxtdan qəbahət sayılır?!

Hacı Kərim Sanılı Qori Müəllimlər Seminariyasının məzunu, görkəmli maa-rifçi, M.F.Axundovdan sonra ilk “Əlifba” dərsliyinin (ptofessor Əhməd Seyidovla birlikdə) müəllifi idi. Böyük şair və dramaturq Hüseyn Cavidə, şair Çingiz İldı-rıma, dövlət xadimi və dramaturq N.Nərimanova dərin hörmət bəsləmişdir.

Maraqlı faktdır ki, Səməd Vurğun şöhrətləndikcə ona qarşı qələm yoldaşları çamur yaxmağa başladılar, hətta İ.Stalinə, M.Bağırova danoslar ünvanladılar.

İslam Sadıq yazır: “Azərbaycanda 37-ci il repressiyasına ən geci Nəriman Nərimanovun öldürüldüyü (S.Orcanikedze tərəfindən zəhərlənmiş, evindən çıxar-kən qəfildən dünyasını dəyişmişdir – A.E.) gündən başlanmışdır. Həmin vaxtdan siyahılar tutulur, böhtanlar, qarayaxmalar düşünülür, üzə duracaq adamlar hazır-lanır, materiallar toplanılırdı”! Təbii ki, belə böhtanlar sırasında Zəngili də yox de-yildi... Amma vaxt üçün qarayaxanlar tələsmirdilər, məqam gözləyirdilər və nəha-yət, 1931-ci ildə 25 yaşlı Səməd Vurğunun “Şairin andı” şeirlər kitabı çapdan çıxdı. Oxucular ilk şeirlər kitabını təntənəylə qarşıladılar. Və müəllifin gələcəyini qılınclamaq qərarına gəldilər. Bununla kifayətlənməyən Zəngili Mikayıl Müşfiqin “Küləklər”, Almaz İldırımın “Dağlar səslənirkən” kitablarını da hədəfə aldı. Böh-tançı Zəngili Səməd Vurğun barədə bəzi “notlar” üzərində “Gəzişmişdi”.

Söylə, nə göstərim bu günə dair,
Könüllər sərbəstdir, duyğular azad.
Bu yeni dünyanın yolçusu şair
Dərdli günlərini heç edərmi yad?

Zəngili hətta S.Vurğunu “qolçomaq” dünyasına qapılması iftirasına rəvac verir. Guya “Səməd Vurğun təkcə Moskvaya yox, harada olursa – olsun, Azərbay-canı tamam unutmalı, onun haqqında düşünməməliymiş”...

Maarifpərvər pedaqoq Hənəfi Zeynallını “hədəf” seçən Zəngili yazır ki: “Kür çayı” Sanılıya ithaf edildiyi kimi, büsbütün onun təsiri altına düşmüşdür. “Kür çayı” şeirinin bu gün üçün heç bir əhəmiyyəti yoxdur. Səməd Vurğun Sanılı mahnılarını çalır. “Konsert axşamı”da Sanılının bir sıra əsərləri kimi, şəhərdən qor-xaraq əski kəndi idealizə edir... Səməd Vurğun ən qüvvətli şeirlərindən hələ Sanılı kimi əski kəndi idealizə edir. Hər halda Səməd özünün yenidən tərbiyəsinə əhə-miyyət verməlidir”. Zəngili məntiqsiz, quru, mənasız fikirlərilə gənc şairi “ittiham” etməyə çalışır və şairlərin qələm yoldaşlarına ithaf şeirlərinin əleyhinə çıxır. Görünür, poeziyanın bir funksiyasını da dolaşıq sanır.

Otuzuncu illərə qayıtmalı olsaq, maraqlı nüanslar ortaya gəlir: İstedadlı, il-hamlı şairlərə atılan “atəşlərin” səsi nəyə xidmət edirdi? Sovet siyasətinəmi, Stalin repressiyasınamı? Gənc şairləri fiziki cəhətdən məhv etməyəmi? Necə ki, nisbətən yaşlı Hüseyn Cavid, Əhməd Cavad, Çingiz İldırım timsallı şairlərin ölümünə! Bir təsadüfmü, bir tale xoşbəxtliyimi S.Vurğun, S.Rüstəm, Rəsul Rza bu “qanlı taun”dan kənarda qaldılar. Görünür, Allah Təalanın vəhyidir Azərbaycan poezi-yasını bu üç şairə qıymadı! Bu gün dahi söz ustadı S.Vurğunun anadan olmasının 120 illiyi tamam olur, ayın, günün fərqi yoxdur, bu il “Səməd Vurğun ilidir” demə-yə haqqımız çatır və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Xalqın şairinə dərin hörmətin ifadəsidir!

05.04.2026
 

Seçilən
27
1
adalet.az

2Mənbələr