AZ

Avropa perspektivi masadadır, Ermənistan özü qərar verəcək

Avropa diplomatiyasının rəhbəri Kaqa Kallas Ermənistanın Aİ-yə üzvlük perspektivləri ilə bağlı şərh verib.

Publika.az xəbər verir ki, Kallas İrəvanda AQS sammiti çərçivəsində keçirilən brifinqdə bildirib ki, Ermənistan öz qərarlarını özü verir:

“Seçkilər bir aydan sonra keçiriləcək. Əlbəttə ki, Avropa perspektivi masadadır və Ermənistan özü qərar verəcək".

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bir müddət əvvəl bildirib ki, Ermənistan respublikanın 2028 və ya 2030-cu ildə Avropa İttifaqının üzvü olacağına inanacaq qədər sadəlövh deyil.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir müddət əvvəl bildirib ki, Ermənistan Aİ-nin Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrildiyini nəzərə almalıdır.

Seçilən
6
publika.az

1Mənbələr