AZ

"Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə ilk iştirakıdır" - Paşinyan

"Bu, Azərbaycan Prezidentinin Ermənistanda keçirilən tədbirdə uzaqdan olsa da ilk dəfə iştirak etməsidir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin plenar iclasında çıxışı zamanı bildirib.

"İndi Azərbaycanla sülh münasibətlərimiz var. Artıq 2 il keçib ki, Azərbaycanla qarşıdurma nəticəsində heç kim xəsarət almır. Bu, müstəqilliyimizdən bəri görünməmiş nəticədir.

Ümid edirik ki, 2028-ci ildə Azərbaycana səfər etmək imkanı olacaq.

Yeri gəlmişkən, Ermənistan və Azərbaycan bu sammitlərə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı olaraq dəstəkləyiblər. Tarixdə ilk dəfə olaraq Türkiyə Prezidenti ilə ilk ikitərəfli görüşüm Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində baş tutdu. İndi Türkiyənin vitse-prezidenti buradadır, İrəvanda keçirilən bu sammitdə iştirak edir və Ermənistana səfər edən Türkiyənin ilk vitse-prezidentidir", - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.

Ağarza Elçinoğlu 

Seçilən
15
50
unikal.az

10Mənbələr