AZ

Kaya Kallas Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.

Bu barədə  Avropa Xarici Fəaliyyət Xidməti (EEAS)  xəbər verib.

Məlumata görə, o mayın 5-də Azərbaycana gələcək.

Səfər çərçivəsində K.Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, o cümlədən bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Digər təfərrüatlar açıqlanmayıb.

Seçilən
13
11
banco.az

10Mənbələr